““Qarabağ”ın qolunda səhvim var idi” - “Sumqayıt”ın qapıçısı

qarabagin-qolunda-sehvim-var-idi
Oxunma sayı: 727

Bu gün Topaz Premyer Liqasında 17-ci turun növbəti oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, "Qarabağ" öz meydanında "Sumqayıt"la 2:2 bərabərə qalıb.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı (“Azərsun Arena”) matçdan sonra qonaq komandanın qapıçısı Tərlan Əhmədli saytımıza açıqlama verib: “Xalla qayıdacağımızı gözləyirdik. Komandamız yaxşı vəziyyətdədir. Gücümüzə inanırdıq, hər matça qələbə üçün çıxırıq. Çalışacağıq ki, qarşıdakı oyunlarda da belə davam edək. Bu gün buraxdığımız 2-ci qolda səhvə yol verdim. Top qabağımda yerə dəydi, çıxarda bilərdim. Topu da görürdüm, hər şey bir anda oldu”.