“Qəbələ”də vacib oyunöncəsi ciddi itki

qebelede-vacib-oyunoncesi-ciddi-itki
Oxunma sayı: 796

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə Dortmund “Borussiya”sının qonağı olacaq “Qəbələ” ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, komandanın ukraynalı qolkiperi Dimitri Bezotosnı Topaz Premyer Liqasının son turunda “Kəpəz”lə (1:2) matçdaaldığı zədə üzündən bu matçı buraxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin verdiyi məlumata görə 31 yaşlı çərçivə qoruyucusunun ilki müayinədən sonra 2 həftə yaşıl meydanlarda uzaq qalacağı bəlli olub. Onun sabah komanda ilə birlikdə Almaniyaya yollanacağı da sual altındadır.