““Qəbələ”ni məğlub etmək istəyirik” - Araz Abdullayev

qebeleni-meglub-etmek-isteyirik
Oxunma sayı: 824

Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Neftçi"nin futbolçusu Araz Abdullayev oyunla bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, klubun televiziyasına danışan millimizin üzvü Qəbələdən üç xalla dönmək istədiklərini bildirib: "Bu həftə yaxşı hazırlıq keçmişik. Bilirik ki, "Qəbələ" Avroliqada oynamış komandadır, çox ciddi rəqibdir. Buna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək. Hər bir komanda istəyir, qalib gəlsin, biz də istəyirik Qəbələdən 3 xal gətirək. Qoy, güclü olan qalib gəlsin".

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 15:30-da başlayacaq.