“Sizə yalan demək istəmirəm...”

size-yalan-demek-istemirem
Oxunma sayı: 1383

Bu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, "Qəbələ" səfərdə "Sumqayıt"la 2:2 bərabərə qalıb.

"Kapital Bank Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abasov heç-heçəni belə şərh edib:

“Maraqlı oyun alındı. Biz kifayət qədər güclü komandaya qarşı oynadıq. Demirəm ki, udulası oyun idi. Problemlərimiz var. Yenə də yaradılan qol imkanlarından istifadə edə bilmədik. Sizə yalan demək istəmirəm. Bu problemi aradan qaldırmaq üçün işləyəcəyimizi deyə bilmirəm, çünki bu tip keyfiyyətlər futbolçunun özündən olmalıdır. Heyətdə iki eynisəviyyəli qapıçı olanda onların hər birinə şans vermək lazımdı. Nodar Məmmədovun əsas heyətdə olmaması isə Bəxtiyar Həsənalızadənin qayıdışı ilə bağlıdır”.