Son turda nə qədər azarkeş oldu? - Foto

son-turda-ne-qeder-azarkes-oldu
Oxunma sayı: 836

Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, XVIII tur keçirilən 5 qarşılaşma ilə arxada qaldı. İlin son turunda ümumilikdə 18 min 456 azarkeş qeydə alınıb. Ən çox izləyici sayı isə "Kəpəz" - "Neftçi" (1:1) olub ki, Gəncə stadionuna 15 min azarkeş toplaşıb. İkinci ən çox azarkeş sayı isə 2100 sayla "Qarabağ" - "Qəbələ" (1:1) matçında olub.

"İnter" - "Xəzər Lənkəran" (2:0) və "Sumqayıt" - "Rəvan" (3:3) matçlarında 500 azarkeş qeydə alınıb. AZAL - "Zirə" (1:0) qarşılaşmasında isə 356 izləyici olub.