“Sumqayıt”-“Rəvan” oyununda 6 qol - Video

sumqayit-revan-oyununda-6-qol
Oxunma sayı: 1076

Futbol üzrə Topaz Premyer Liqasının XVIII turuna start verilib.

“Qafqazinfo” xəbər verir ki, ikinci dövrənin son turunun ilk qarşılaşmasında “Sumqayıt” komandası “Kapital Bank Arena”da “Rəvan”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 3:3 hesabı ilə başa çatıb.

“Sumqayıt”ın heyətində Amil Yunanov dubl edib, Mikayıl Rəhimov isə fərqlənib. Rəqib komandanın qollarını Şeriff Suma, Ruslan Tağızadə və Ramazan Abbasov vurublar.