“Xəzər- Lənkəran”a qol vurdu, sevinmədi

xezer-lenkerana-qol-vurdu-sevinmedi
Oxunma sayı: 1504

Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq.

“Qafqazinfo” xəbər verir ki, "İnter" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edir.

Hazırda "İnter Arena"da keçirilən oyunda maraqlı hadisə baş verib. Belə ki, ev sahibi komandanın 2-ci qolunu Elnur Abdullayev vurub. 47-ci dəqiqədə topu tora qovuşduran təcrübəli yarımmüdafiəçi vurduğu qola sevinməyib. Abdullayev bunu sabiq komandası "Xəzər Lənkəran"a hörmət əlaməti olaraq edib.

Maraq üçün qeyd edək ki, Elnur "İnter"dən əvvəl - Lənkəran klubundan yeni ayrılıb, "Simurq"a keçdikdən sonra bu addımı atmamışdı. Belə ki, indi tarixin yaddaşına köçmüş Zaqatala klubunda çıxış edərkən Cənub təmsilçisinə vurduğu qolu çılğın şəkildə qeyd etmişdi. Abdullayevin bu hərəkəti isə uzun müddət şərəfini qoruduğu "Xəzər Lənkəran" azarkeşləri tərəfindən böyük aqressivliklə qarşılanmışdı.