Bu gün Topaz Premyer Liqasında 17-ci tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, artıq günün bir oyunu başa çatıb.
“Xəzər Lənkəran” doğma divarlar arasında “Kəpəz”i qəbul edib və 0:1 hesabı ilə uduzub. Bu həm də “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin Lənkəran şəhər stadionunda son oyunu olub. Maliyyə problemlərində boğulan klubu növbəti turda “İnter”lə qarşılaşmadan sonra tərk edəcək Əmirquliyev 10 ildir ki, şərəfini qoruduğu “ağ-yaşıllar”ın doğma meydanında son oyununu keçirib.
Günün digər görüşündə isə “Nefçi” AZAL-la üz-üzə gələcək.