Ulduzlar siqaretə qarşı çıxdılar

-ulduzlar-siqarete-qarsi-cixdilar
Oxunma sayı: 1068



“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə "Addım" Gənclər təşkilatının  həyata keçirdiyi  2-ci No Smoking Film Festivalının açılış mərasımı keçilib. Gecədə dövlət rəsmiləri, sənət və media nümayəndələri, tütün əleyhinə mütəxəssislər iştirak ediblər. Tədbiri giriş sözü ilə "Addım Gənclər Təşkilatının" təsisiçiləri Hüseyn Cavadzadə və Eldar Qasımov açıb. Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri  Vüsal Quliyev çıxış edib, layihənin keçirilməsinin səmərəliliyindən danışıb.  Gecədə musiqili ifaları ilə xalq artisti Brilliant Dadaşova, “Eurovision” təmsilçilərmiz Eldar Qasımov, Dilarə Kazımova çıxış ediblər. Layihənin simasi və siqarət əleyhinə aktiv mübarizə aparan Brilliant Dadaşova isə məhz bu fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.  Xüsusi təntənə ilə keçirilən gecənin sonunda ötən il keçirilən festivalın qaliblərinin filmləri nümayiş olunub.