Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - Fotolar

abseron-rayon-icra-hakimiyyeti-bascisi-yaninda-sura-iclasi-kecirildi
Oxunma sayı: 2747

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının və regional idarələrin rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri və qazilər iştirak edib. 

Abşeron RİH başçısı Abdin Fərzəliyev giriş nitqi ilə çıxış edib. Bildirib ki, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikası artıq Cənubi Qafqazda lider ölkə hesab olunur. Ölkəmizin sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun nəticəsidir və bu gün bu ideyalar Ulu Öndərin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Müasir tariximizə yaddaşlara yazılan ötən dövrdə Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, müxtəlif sferalarda misilsiz qələbələr qazanıb. 19 aprel tarixində  4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.

A.Fərzəliyev daha sonra rayon ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərindən bəhs edib. Bildirilib ki, Abşeron RİH tərəfindən mövcud yaşıllıqların qorunması və artırılması, həmçinin ekoloji tarazlığın qorunmasına böyük diqqət ayırılıb. Ulu Öndərin bu sahəyə xüsusi diqqətini nəzərə alaraq “Heydər Əliyev İli” çərçivəsində tərəfimizdən rayonun bütün ərazisini əhatə edərək ağacəkmə aksiyaları keçirilib, 20.000-dən artıq müxtəlif növ ağac əkilib, ağaclara davamlı qulluq üçün suvarma sistemi qurulub və aqrotexniki xidmət göstərilib.

A.Fərzəliyev bildirib ki, Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Təsdiq edilmiş “Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəy olaq” şüarı altında dövlət və özəl müəssisələri birgə silsilə tədbirlər təşkil olunur, o cümlədən ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində mütəmadi xarakterli abadlaşma və yaşıllaşdırma işləri həyata keçirilir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 tədbirinin keçirilməsi ilə əlaqədar RİH və aidiyyatı qurumlar tərəfindən üzərinə düşən vəzifələrin icrası ilə bağlı görüləcək işlər planlaşdırılıb, aidiyyatı üzrə tapşırıqlar verilib və görüləcək işlər nəzarətə götürülüb. 

Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən dövr ərzində həyata keçirilmiş çoxsaylı uğurlu layihələrdən biri də, Abşeron rayonu ərazisində imtiyazlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə salınmış yeni yaşayış massividir. Yaşayış massivinin Abşeron rayonunun hər hansı bir yaşayış məntəqəsinin inzibati ərazisində yerləşməməsini nəzərə alaraq, əhaliyə yerli dövlət hakimiyyəti orqanlarının daha da əlçatan olması üçün həmin yaşayış massivinə qəsəbə statusu verilməklə ərazi vahidi kimi qeydə alınması və onun idarə edilməsinin asanlaşdırılması təkliflərinə Azərbaycan Höküməti tərəfindən müsbət yanaşılıb, İlham Əliyevin “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 06 aprel 2024-cü il tarixli Sərəncamı ilə sözügedən yaşayış massivinə qəsəbə statusu verilib və Şəfəq qəsəbəsi adlandırılıb. 

Tədbirin gedişatında Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş Abbasova Dilşad Salman qızına, İsmayılova Xatirə Yolçu qızına, Hüseynova Təyyubə Yəhya qızına medalları təqdim edilib. O cümlədən Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş RİH-in əməkdaşı İlahə Eyvazovaya medalın təqdim olunub.