11 sentyabr terroru ilə bağlı yeni fakt

11-sentyabr-terroru-ile-bagli-yeni-fakt
Oxunma sayı: 645

Qalıq Manhetten rayonunda, terror aktının baş verdiyi yerdən bir neçə məhəllə aralıda tikintidə işləyən fəhlələr tərəfindən tapılıb. Polis qalığın tapıldığı yeri mühasirəyə alıb və digər qalıqların olub-olmadığını araşdırır.

Dəmir parçası tapıldıqdan sonra 2 gün ərzində mütəxəssislər onun nə olduğunu müəyyən ediblər. Polis komissarı Rey Kelli jurnalistlərə açıqlamasında bu qalığın təyyarə şassisinə aid olduğunu deyib. "1 metr 52 santimetr uzunluğunda olan dəmir parçası "əkiz-qüllələr"ə istiqamətlənmiş təyyarələrdən birinə məxsus şassinin hissəsidir. Yaxından baxanda görürük ki, onun üzərində "Boeing" şirkətinin nişanı və seriya nömrəsi var. Mütəxəssislərimiz tapıntı yerində insan qalıqlarının da olub-olmadığını araşdıracaq. Bundan sonra təyyarə parçasının həmin yerdən necə götürüləcəyinə qərar veriləcək." - Rey Kelli belə deyib.

Qeyd edək ki, şassi parçası tapılarkən iki yaşayış binasının arasındakı 45 santimetr eni olan bir yerdə olub və onun binalardan birinin damından yerə düşdüyü, məhz bu səbəbdən də uzun müddətdir tapılmadığı ehtimal edilir.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə" terrorçuları tərəfindən qaçırılmış sərnişin təyyarələrinin Nyu-Yorkda "Ümumdünya Ticarət Mərkəzi"nin əkiz qüllələrinə və Pentaqona çırpılması, daha birinin isə Pensilvaniya ştatında yerə düşməsi nəticəsində 2976 nəfər həyatını itirmişdi. ABŞ tarixinin ən dəhşətli terror aktını təşkil etməkdə şübhəli bilinən 5 nəfər hələ də Quantanamo həbsxanasında hökm gözləyir. Təşkilatçı Xalid Şeyx Məhəmməd və ona təyyarələrin qaçırılmasında kömək edən digər 4 nəfərə ölüm hökmünün veriləcəyi gözlənilir.