Rusiya ordusu Ukraynanın enerji obyektlərinə zərbə endirib

rusiya-ordusu-ukraynanin-enerji-obyektlerine-zerbe-endirib
Oxunma sayı: 822

Rusiya ordusu gecə saatlarında Ukraynanın enerji obyektlərinə pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlərlə zərbələr endirib. 

“Qafqazinfo” “Strana” portalına istinadən xəbər verir ki, zərbələr Vinnitsa, Zaporojye, İvano-Frankovsk, Kirovoqrad və Poltava vilayətlərində yerləşən obyektlərə endirilib. 

Kiyev vilayətində isə hadisə zamanı mülki infrastruktura zərər dəyib. Nəticədə 2 nəfər xəsarət alıb.