May pensiyaları ödənildi

may-pensiyalari-odenildi
Oxunma sayı: 9875

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib.

Bu barədə “Qafqazinfo”ya Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.