3-cü mikrorayon dairəsində zəncirvari qəza - Video

3-cu-mikrorayon-dairesinde-zencirvari-qeza
Oxunma sayı: 1899

Gecə saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Alı Mustafayev və Pişəvəri küçələrinin kəsişməsində - 3-cü mikrorayon dairəsində yüksək sürətlə hərəkət edən minik avtomobili yol kənarındakı digər maşınlara çırpılıb. Hadisədən sonra qəzanı törədən avtomobil evakuatorla ərazidən uzaqlaşdırılıb.

Qəza nəticəsində 3 avtomobilə və yol infrastukturuna ciddi ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik: