Zəhərlənənlərdən 15-i uşaqdır - Yenilənib

zeherlenenlerden-15-i-usaqdir
Oxunma sayı: 3744

Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Qeyd edək ki, daha öncəki məlumatda zəhərlənənlərin sayının 15 olduğu bildirilirdi.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb:

“Mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb.

Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”.

Mübariz Məmmədov