12 minə yaxın insan qan verdi

12-mine-yaxin-insan-qan-verdi
Oxunma sayı: 651

Dini Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün ölkəmizin bütün bölgələrində Aşura günü ilə bağlı mərasimlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimlər yüksək səviyyədə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilib.

Ölkənin əksər dini icmaları başyarma kimi xoşagəlməz adətlərdən imtina etmiş, yalnız bir yerdə bu müşahidə edilmişdir. Ümumilikdə Aşura mərasimləri nəzərəçarpan insidentsiz baş tutmuşdur. Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalar ilə mütamadi əlaqədə olmuş,icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar.

Beləki, Aşura günü Dövlət Komitəsinin sədri Elşad İskəndərov Təzəpir məscidə olmuş, həmçinin Bakı şəhərdinə qanvermə aksiyalarına fəal çağırış edən digər dini icmalara baş çəkərək, Şeyxülislam Allahşükür Paşazadə, müvafiq icma rəhbərləri və fəallarına dünya ölkələri üçün örnək ola biləcək talassemiya xəsətələri üçün qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirib. Eyni zamanda görüşlərdə dünyada müsəlmanların vəhdət nümunəsinə çevrilmiş Aşura gününün ölkəmizdə milli-mənəvi dəyərlərimizə, şəhidlərimizin ruhlarına layiq şəkildə, milli maraqlarımıza, həmçinin dövlətimizin dünyadakı imicinə uyğun qeyd ediliməsinin vacibliyini xüsusi vurğulayıb. Artıq 12 minə yaxın insan qanvermə aksiyalarında iştirak edib.

Qeyd edək ki, bu gün Komitə sədrinin 1-ci müavini S.Aran Lənkəran, sədrin müavini G.İsmaylov isə Gəncə şəhərində olmuşlar, qanvermə aksiyasında fəaliştirak etmiş icmaların rəhbərləri ilə görüşlər keçirib.