132 nömrəli avtobusların hərəkət sxemi dəyişdirilib

132-nomreli-avtobuslarin-hereket-sxemi-deyisdirilib
Oxunma sayı: 4304

132 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət sxemində dəyişiklik edilib.

“Qafqazinfo” Nəqliyyat Agentliyinin saytına istinadən xəbər verir ki, buna səbəb 175 nömrəli marşrut xətti üzrə avtobusların Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcək olmalarıdır. Belə ki, “Məktəb” küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. “Məktəb” küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.