145 dövlət əmlakı satılır

145-dovlet-emlaki-satilir
Oxunma sayı: 991

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 yanvar tarixində keçiriləcək hərracda 145 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bunlardan 68-i kiçik dövlət müəssisə və obyekti, 49-u istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir. 

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Bərdə Tikinti Quraşdırma”, “Ağdaş Quşçuluq”, “İsmayıllı Təmir Tikinti”, “Yevlax Yük Avtonəqliyyat  ”, “Sabirabad Təmir-tikinti  ” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. 

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı İsmayıllı, Salyan, Neftçala, İmişli, Ağcabədi, Yevlax və digər rayonlarda yerləşir.