7 nəfər ölən dəhşətli qəzanın səbəbkarı polis olub? – - İddia + Fotolar

7-nefer-olen-dehsetli-qezanin-sebebkari-polis-olub-
Oxunma sayı: 4109



Bir neçə gün əvvəl Şamaxı yolunda baş verən 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasına yol polislərinin səbəb olması barədə iddialar yayılıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda qaynar.info saytı məlumat verir. Xəbərə görə, ölənlərin 3-ü Qızıldaş qəsəbəsinin sakini olub. Bildirilir ki, polis qəzaya uğrayan maşınlardan birini qovurmuş.

Buna etiraz olaraq ötən gecə bir qrup Qızıldaş qəsəbə sakini aksiya keçiriblər. Onlar Müşviq qəsəbəsindəki YPX postuna yürüş edib və yolu bağlayıblar. Qəsəbə sakinlər bildiriblər ki, Qızıldaşda 200 nəfərə yaxın gənc aksiya aksiyaya qoşulub: "Səbəb dünən Qobustan rayonunda baş verən qəzadır. Yol polisi avtomobili qovması nəticəsində 2 maşın toqquşub və nəticədə 8 nəfər adam dünyasını dəyişib, onlardan 3 nəfəri qızıldaşlıdır".

Xatırladaq ki, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri "VAZ-2107” markalı avtomobillər toqquşub. Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib.

Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı "VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.