Ağ Evdən Ərdoğanla bağlı - Açıqlama

ag-evden-erdoganla-bagli
Oxunma sayı: 8348

“ABŞ Prezidenti Co Baydenin cədvəlində türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşlər hələlik yer almayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.

Kirbi Ərdoğanın Vaşinqtona gözlənilən səfəri ilə bağlı suala belə cavab verib:

“Baydenin cədvəlində Ərdoğanın səfəri ilə bağlı spekulyativ ola biləcək heç bir şey yoxdur, ona görə də bu barədə nəsə deyə bilmərəm”.