Azərbaycan Stolüstü Tennis Federasiyasında (ASTF) Azərbaycan birinciliyi uğrunda yarış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yarışda 12 yaş və daha kiçik yaş qrupunda olan 108 tennisçi iştirak edib. Turnirin qızlar arasında qalibi Arzu Aslanova, oğlanlar arasında qalibi isə Adil Əhmədzadə olub. Qalibləri Federasiyanın vitse-prezidenti Fazil Məmmədov mükafatlandırıb.
Maraqlıdır ki, qaliblərdən olan 9 yaşlı Adil 4-cü dəfə çempion adını qazanıb. Balaca tennisçinin məşqçisi Qulu Quliyevin sözlərinə görə, şagirdinin ölkə çempionatı üzrə ardıcıl 4-cü dəfə qalib olması böyük uğurdur. "Birinci sinifdən Federasiyanın məktəblər arasında seçib seçdiyi uşaqlar çox halda istəklərimizi doğruldur. Adil ilk turnirdən yüksək nəticələr göstərib. Onun gələcəkdə böyük yaş qruplarında daha öndə olmasına əminik. Ölkəmizi xaricdə də təmsil edən Adil Moldavada keçirilən beynəlxalq yarışda da Azərbaycana birincilik gətirib."

Son xəbərlər
Son Xəbərlər