Türkiyədə zəlzələ oldu

turkiyede-zelzele-oldu
Oxunma sayı: 614

Türkiyənin Van şəhərinin Tuşba rayonunda zəlzələ qeydə alınıb. 

“Qafqazinfo” AFAD-a istinadən xəbər verir ki, zəlzələ 5,2 bal gücündə olub.

Saat 08:52-də baş verən təbii fəlakət yerin təxminən 7 kilometr dərinliyində baş verib.

AFAD-dan bildirilib ki, hadisə ilə bağlı hələlik hər hansı dağıntı və itki halı qeydə alınmayıb.