ABŞ-ın məhsullarına boykot çağırışı edildi

abs-in-mehsullarina-boykot-cagirisi-edildi
Oxunma sayı: 1794

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 300 müsəlman alim ortaq bəyanat yayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda İslam dünyasına qarşı radikal mövqedə dayanan ABŞ-ın ixrac etdiyi məhsulların boykot edilməsi çağırışı edilib.

Alimlər qeyd ediblər ki, hazırda İslam dünyasının üzərinə düşən yeganə vəzifə cihaddır. Bu istiqamətdə ən böyük “silahlardan” biri kimi isə ABŞ məhsullarının boykot edilməsi göstərilib.

Çağırışda dollar valyutasından istifadə etməmək də yer alıb.

Qeyd edilib ki, bu çağırış ABŞ iqtisadiyyatına zərbə vurmaq üçün atılır.