Alim Qasımovun oğlunun bıçaqlanması xəbəri yayıldı, amma...

alim-qasimovun-oglunun-bicaqlanmasi-xeberi-yayildi-amma
Oxunma sayı: 651

ANS PRESS-in sualını cavablandıran muğam ustası belə xəbər yaymaqda kiminsə maraqlıolduğunu və bu kimi biabırçı xəbər yaydığını deyib.

O, bildirib ki, oğlu ailəsi ilə birlikdə və sağ-salamatdır. "Hazırda Qadir Fərqanə ilə Şamaxıdadır".

Qeyd edək ki, bu gün Müşviqabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. SİA-ya daxil olan məlumata görə, bıçaqlanan iki nəfərdən biri Xalq artisti Alim Qasımovun oğlu Qadir Qasımovdur.
Xəbərdə deyilir ki, kafelərin birində düşən davada səkkiz nəfər iştirak edib. Qadir Qasımov dostu ilə yemək yeyərkən naməlum səbəblərdən digər 6 nəfərlə aralarında münaqişə yaranıb. Nəticədə Q.Qasımov və dostu çoxsaylı bıçaq xəsarətləri alıblar. Alim Qasımovun oğlu səkkiz bıçaq zərbəsi alıb, dostunun vəziyyəti isə ağırdır.