Almaniyada festivala arılar hücum etdi - 18 yaralı

almaniyada-festivala-arilar-hucum-etdi
Oxunma sayı: 1056

Almaniyanın Karlsrue şəhərində yayın bitməsi ilə əlaqədar keçirilən festivala eşşək arıları hücum ediblər.

“Qafqazinfo” “Ahaber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər yaralanıb.

Əraziyə çoxlu sayda təcili yardım və fövqəladə hallar briqadaları cəlb edilib.

Yaralılar xəstəxanalara yerləşdirilib. Arıların ərazidən çıxarılması üçün isə festival məkanı bağlanılıb.