AXCP “Xural”ı müdafiə etdi

axcp-xurali-mudafie-etdi
Oxunma sayı: 646

“ Tənqidçi mövqeyi ilə seçilən “Xural” qəzetinin əmlakının müsadirə olunması hüquqdan yox, azad sözü susdurmaq istəyindən qaynaqlanan hərəkətdir. AXCP bu gün qəzetin fəaliyyətini iflic olunması ilə nəticələnən müsadirəni kəsinin formada pisləyir və bunu birbaşa hakim iradənin ifadəsi kimi qiymətləndirir”.

Partiya bəyanatında Azərbaycan hakimiyyətini medianın azad fəaliyyət hüququna hörmət bəsləməyə, söz azadlığı və jurnalistlərin özünü ifadəsinə mane olmamağa çağırır.

Beynəlxalq qurumlar və ölkə konstitusiyası önündə siyasi hakimiyyətin söz və mətbuat azadlığı ilə bağlı öhdəliklərini xatırladan AXCP tələb edir: ““Xural”a qarşı basqılar dərhal dayandırılmalı, qəzetin tənqidi yazılarına aqressiv münasibvət son qoyulmalıdır”.

Fatimə Kərimli