Azərbaycan Meksikada Ticarət Mərkəzi tikmir

azerbaycan-meksikada-ticaret-merkezi-tikmir
Oxunma sayı: 641

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

“Bəzi kütləvi informasiya vasitələrinin səfirlik tərəfindən guya Ticarət Mərkəzi tikildiyinə dair yaydığı xəbərlər tam absurddur və həqiqətəuyğun deyil. Azərbaycan səfirliyinin bu ticarət mərkəzinə aidiyyəti yoxdur”.

Qeyd edək ki, bəzi mətbuat orqanları “The New York Times”da dərc olunmuş məqaləyə istinadən Azərbaycanın Meksikadakı səfirliyinin Mexikoda ticarət mərkəzi tikdirdiyi barədə xəbərlər yayıblar.