Azərbaycan Universitetindən “Kənd məktəblisinə dəstək” layihəsi

azerbaycan-universitetinden-kend-mekteblisine-destek-layihesi
Oxunma sayı: 784

Azərbaycan Universitetinin “Kənd məktəblisinə dəstək” layihəsinin növbəti dayanacağı Şəmkir rayonunun Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbi olub. Universiteti rektor Səadət Əliyeva, rektorun müşaviri Nüşabə Quliyeva, rektorun məsləhətçisi Əli Həsənov, bir qrup əməkdaş və tələbələr təmsil edib.

"Qafqazinfo" xəbər verir ki, universitet rəhbərliyi tərəfindən məktəbə masaüstü kompüter dəsti, kitabxanaya bədii ədəbiyyat və dərslik daxil olmaqla 70 kitab hədiyyə olunub. 60-dan artıq birinci sinif şagirdinə isə yeni il hədiyyəsi təqdim olunub.

Tədris ili ərzində Respublikanın müxtəlif kənd məktəblərində davam edəcək layihənin məqsədi universitet – orta məktəb həmrəyliyinin formalaşdırılması və gücləndirilməsi, şagirdlər arasında ali təhsilə olan marağın stimullaşdırılması, yeni tədris texnologiyalarının təbliğinin aparılması və kənd məktəblərinin bu sahədə dəstəklənməsidir.