Azərbaycanda milli elektron valyuta yaradılır

azerbaycanda-milli-elektron-valyuta-yaradilir
Oxunma sayı: 2741

Azərbaycanın milli kroptovalyutası yaradılır. “Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, yeni valyuta növü ilə bağlı  sentyabrın 30-dan etibarən azcoin.az adlı sayt da fəaliyyətə başlayıb. Saytda bu haqda qısa məlumat verilib və "Azərbaycanda ilk kriptovalyuta - Azcoin" yazılıb. 7 gün sonra isə açılış olacaq. Saytda yeni valyuta ilə bağlı qısa təqdimat verilib: “Qloballaşan dünyada insanların rifahının yaxşılaşdırılması, yeni zamana sərhədsiz və məhdudiyyətsiz daxil olmaq,  məişət sahəsində həyata keçirilən əməliyyatların sürətləndirilməsi, lokal və qlobal səviyyədə elektron, simsiz və optik şəbəkələrlə hiper mübadilələr etmək”.

Azcoin adlı milli kriptovalyutanın yaradılması prosesinə start verildiyini deməyə əsas verən qeydlər isə bunlardı:  "Digər kriptovalyutalardan fərqli olaraq, AzCoin(AzKoin) Azərbaycan dövlətçiliyinə, onun inkişafına xidmət etmək və xalqımızın qloballaşan rəqəmsal dünyaya inteqrasiyasını təmin etmək üçün yaradılır".