Azərbaycanı iki qardaş iqtisadçı təmsil edəcək

azerbaycani-iki-qardas-iqtisadci-temsil-edecek
Oxunma sayı: 1775

Hər il olduğu kimi, iştirakçı ekspertlərin tərkibi yenilənib. Forumda azərbaycanlı ekspertlərdən İlqar İbrahimoğlu, Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Samir Əliyev, İradə Cavadova, Sabit Bağırov, Vüqar Bayramov, İntiqam Əliyev, Sahib Məmmədov, Əvəz Həsənov, Zöhrab İsmayılov, Rəsul Cəfərov, Sevil Yüzbaşeva, İlqar Hüseynli, Elçin Abdullayev və digərləri iştirak ediblər.

Forumda İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu qurumun Azərbaycan üzrə milli koordinatoru seçilib. İTM-in İctimaiyyətlə əlaqələr departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Q. İbadoğlu Vətəndaş Cəmiyyəti Forumunun Beynəlxalq İdarə Heyətinə də üzv olub. Beləliklə də növbəti 1 il müddətinə Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycanı 2 nəfər - Vüqar Bayramov və Qubad İbadoğlu təmsil edəcək. Hazırda 14 nəfər üzvü olan Beynəlxalq İdarə Heyətində ilk dəfədir ki, ölkəmizdən 2 nəfər təmsil olunur. Müqayisə üçün qeyd edək ki, İdarə Heyətində Ermənistanı 1 nəfər, Gürcüstanı isə 2 nəfər təmsil edəcək.

Qeyd edək ki, Q. İbadoğlu Polşa səfərindən sonra Norveçə gedib. İTM rəhbəri bu ölkədə keçirilən konfransda gizli iqtisadiyyatla bağlı məruzə edəcək.

Nigar Məmmədli