Brayzanın geri qayıtmasına sərt reaksiyalar var

-brayzanin-geri-qayitmasina-sert-reaksiyalar-var
Oxunma sayı: 646

“Turan”ın Vaşinqton müxbirinə açıqlama verən amerikalı icmalçı Coşua Faust ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Senatda təsdiq olunmayıb geri qayıtmaq məcburiyyətində qalmasından danışıb. İcmalçı bu prosesi milli təhqir saydığını deyib və prezident Obamanı Konqreslə işləyə bilməməkdə ittiham edib: “Obamanın təyinatına elə öz partiyasının üzvləri qarşı çıxırsa, nədən söhbət gedə bilər? Administrasiya üçün bu, həqarətdir”.

Vaşinqtonlu bloqçu Metyu Liina prezident Obamanı və Senatda Brayzanın yolunu kəsən demokratları kəskin tənqid edib: “Brayzanın namizədliyi senatorlar Bokser və Menendesin veto qoyması nəticəsində səsvermədən keçmədi. Demokrat senatorlar öz namizədlərini keçirmək iqtidarında olmadıqlarını nümayiş etdirdilər, Obama isə öz partiyasının üzvləri ilə deyil, respublikaçılarla mübarizə aparmağı qərara aldı”.

Bloqçu qeyd edib ki, Dağlıq Qarabağ problemi erməni diasporunu birləşdirib: “ATƏT-in Minsk qrupunun nizamlanmada vasitəçiliyi nəticə vermir. Bu, hər üç vasitəçi ölkədə - ABŞ, Fransa və Rusiyada erməni diasporasının nüfuzlu olması ilə də bağlıdır. Azərbaycanın vətəndaş cəmiyyəti və hökuməti arasında əlaqələrin möhkəmləndirilməsi üzərində işləyən, Qarabağ münaqişəsinin həllində çoxillik təcrübəyə malik səfirin dəyişdirilməsinin ikili təsiri olacaq. Bu, Azərbaycana səfir dəyişikliyinin onun qəddar düşməni Ermənistanın təqdiri ilə baş verdiyinə dair mesajdır. Bütün bunlar Amerikanın bölgədəki məqsəd və maraqlarını məhv edir”.