ABŞ-li boksçu barda futbolçunun çənəsini qırdı

abs-li-bokscu-barda-futbolcunun-cenesini-qirdi
Oxunma sayı: 1888

Qabon millisinin və ABŞ-nin “Sinisinnati” klubunun futbolçusu Aaron Bupendza xoşagəlməz hadisə ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, afrikalı oyunçu barda peşəkar boksçu Kvaşaun Toler tərəfindən döyülüb.

Davada futbolçunun çənəsi sınıb.

Bu səbəbdən 27 yaşlı forvardın təxminən 2 ay futboldan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Toler buna qədər peşəkar boksda 17 qələbə (12 nokaut) qazanıb, 2 döyüşdə isə məğlub olub.