2.93 milyon müsəlman hacı oldu

293-milyon-muselman-haci-oldu
Oxunma sayı: 659

Səudiyyə rəsmi mətbuat agentliyinin xəbərinə görə, Səudiyyə Ərəbistanı Ümumi Statistik və Məlumat Təşkilatının rəhbəri Muhanna bin Abdülkərim Elmuhanna keçən il hacı sayının 2.79 milyon olduğunu, bu il isə 2.93 milyona çatdığını bildirib. Statistikalara görə, krallığın xaricindən ölkəyə 1.83 milyon hacı gəlib.

Səudiyyə Ərəbistanı səhiyyə naziri Dr. Abdullah bin Əbdüləziz Ər-Rəbiyə, hacılarla əlaqədar ciddi çətinlik yaşanmadığını və bu ana qədər hər hansı bir yoluxucu xəstəliyin də qeydə alınmadığını ifadə edib.

deyerler.org