4G artıq Azərbaycanda

4g-artiq-azerbaycanda-
Oxunma sayı: 686

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı təşkil olunan mətbuat konfransında şirkətin prezidenti Ali Ağan deyib ki, Azercell xeyli vaxtdır 4G-yə hazırdır və nazirliyin icazəsini gözləyirdi: “Bu bizim üçün qürurverici hadisədir ki, dünyanın ən son texnoloji yeniliyini Azərbaycana gətirdik. Bu gün hətta Avropanın bir çox inkişaf etmiş ölkələrində, Türkiyə, Fransa, İtaliya və İspaniyada 4G-nin tam tətbiqinə başlanmayıb. Eurovision ərəfəsində bu son texnologiyanın tətbiqi Azərbaycanda texnologiyanın inkişaf səviyyəsini əks etdirir. Bunu Azərbaycanda ilk dəfə biz etdik və buna şərait yaratdığı üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təşəkkür edirik”.
Tədbirdə bildirib ki, 4G ilk olaraq Milli Park, Kristal Zallın ərazisində və şəhərin mərkəzi yerlərində təqdim olunacaq. Bu sistemin tətbiq olunması internetin 100 mb sürətlənməsi, şəbəkənin 1800 MHz tezliyində fəaliyyət göstərməsi deməkdir. ilin sonunadək 4G tətbiq olunacaq ərazilərin əhatəsi iki dəfə artırılacaq. 4G datakartının qiyməti 149 manat, limitsiz paket 45 manatdır.

Xatırladaq ki, Azercell ötən ilin noyabr ayında 3G xidmətini təqdim edib.

Nigar Məmmədli