Bahar Muradova hesabat verdi

bahar-muradova-hesabat-verdi
Oxunma sayı: 2022

Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, komitə sədri Bahar Muradova 2018- ci il yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə hesabat verib. 

Onun sözlərinə görə, ötən dövr ərzində komitənin 6 iclası keçirilib. Həmin iclaslarda 10 məsələ müzakirə olunub. O cümlədən, 8 qanun layihəsi, Ombudsmanın illik məruzəsi, İnsan Alverinə qarşı mübarizə üzrə milli koordinatorun məlumatı müzakirə edilib. 

Bundan əlavə, vətəndaşlardan komitəyə 552 sənəd daxil olub,99 vətəndaş qəbulda iştirak edib. 506 məktub əlaqədar təşkilatlara göndərilib. Ümumilikdə 87 məktuba cavab alınıb  və müsbət həllini tapıb. Hüquq- mühafizə orqanları, əmək münasibətləri, sosial müdafiə məsələləri, özəlləşdirmə və.s məsələlərlə bağlı komitəyə müraciətlər daxil olub.

***

Müzakirələrdə çıxış edən deputat Hikmət Babaoğlu qeyd edib ki, daxil olan şikayətlərin əksəriyyəti hüquq-mühafizə orqanları ilə bağlıdır: “Biz ona görə də hüquq-mühafizə orqanları ilə işlərimizi gücləndirməliyik.  Həm də vətəndaşların hüquqi maarifləndirilməsinə ehtiyac var”.

Deputat Yevda Abramov bildirib ki, bəzən juralistlər hesab edir ki, biz ayda bir dəfə toplaşırıq və  iş görmürük: “Amma belə deyil. Biz bəzən gördüyümüz işi büruzə verə bilmərik. Yerlərdən bizə təkliflər gəlir. O təklifləri dəyərləndirməliyik. İşləmək lazımdır. Mən həyatda öz işimdən heç vaxt  razı qalmamışam. Biz onun üçünük ki, xalqın dərdinə yanaq, onun problemlərini yüngülləşdirək”.

Günel Türksoy