Bakıda “Prado” valideynləri gözüyaşlı qoydu

bakida-prado-valideynleri-gozuyasli-qoydu
Oxunma sayı: 639

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən saat 19:50 radələrində “Toyota-Prado” markalı avtomobil metronun “Koroğlu” stansiyasının yaxınlığında yolu keçmək istəyən 3 piyadanı vurub.

Heydər Əliyev prospektində baş verən qəzada maşın 5 yaşlı Gülçin Məmmədova, onun 30 yaşlı xalası Kamilə Cavadova və 50 yaşlı Səhi Qələndərlini vurub. Yaralılar 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Azyaşlının xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Ağır kəll-beyin travması alan G.Məmmədova xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.