Bakıda tələbə özünü 17-ci mərtəbədən atdı - - Yenilənib

bakida-telebe-ozunu-17-ci-mertebeden-atdi-
Oxunma sayı: 1648


“Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, dünən axşam saatlarında Atatürk 65 ünvanında 21 yaşlı Mirnemət Kazımov özünü 17-ci mərtəbədən atıb. Gəncin elə orada da keçindiyi deyilir. 

Qeyd edək ki, gənc oğlan həmin binanın sakini olmayıb. Onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olduğu deyilir.

***

Bakının Binəqədi rayonu ərazisində çılğın sevgi faciə gətirdi. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, tələbə oğlan sevdiyi qıza olan məhəbbətini özünü ona fəda etməklə sübut edib.

Rayon ərazisində 21 yaşlı Mirnemət Kazımov özünü kirayə yaşadığı binanın 17-ci mərtəbəsindən atıb. 

Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda təhsil alan M.Kazımovun ölümündən əvvəl sevdiyi qıza yazdığı məktub da istintaqçıların əlinə keçib. Onun özünü atdığı eyvanda gənc bir qızın fotosu tapılıb. Fotonun arxasında “Hər şey sənə görədir. Məni yaşamağa qoymadın” məzmunlu sözlər yazılıb. Görünür, məktubu mərhum tələbə yazıb və sonradan özünü aşağı atıb. Ona görə də gənc tələbənin özünü öldürməsinə sevgisinin səbəb olduğu ehtimal olunur. 

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Cəlilabad rayonundan olan M.Kazımov seyiddi.