Bakının mərkəzində ağır qəza - Yaralılar var

Bakının mərkəzində ağır qəza
Oxunma sayı: 2911

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu Neftçilər prospektində “Opel” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun ortasına bərkidilmiş beton arakəsməyə çırpılıb. Nəticədə avtomobildə olan 27 və 24 yaşlı iki oğlanla, 39 yaşlı qadın ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi