Baş Prokurorluq iş elanı verdi

bas-prokurorluq-is-elani-verdi
Oxunma sayı: 1956

Azərbaycan Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edib.

“Qafqazinfo”nun məlumatına görə, müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar ölkənin dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. 

Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan vətəndaşları qəbul olunurlar.

Əlavə məlumatı bu linkdən ala bilərsiz.