Asim Mollazadə jurnalistləri mükafatlandırdı

asim-mollazade-jurnalistleri-mukafatlandirdi
Oxunma sayı: 655

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu qərara əsasən sözügedən mükafatlar və müvafiq diplomlar aşağıda adları qeyd edilən şəxslərə təqdim olunacaq:
1. Sevinc Telmanqızı (“Yeni Müsavat” qəzeti) – maraqlı media layihələrinə görə
2. Aqşin Yenisey – publisistik yazılara görə
3. Elşad Paşasoy (“Yeni Müsavat” qəzeti) - Azərbaycanın ictimai-siyasi həyatını və parlament fəaliyyətini əks etdirən yazılara görə
4. Vasif Həsənli (“Salamnews.az” İnformasiya Agentliyi) – Azərbaycanın siyasi həyatının mediada obyektiv işıqlandırılmasına və siyasi təhlillərinə görə

Xatırladaq ki, bu təsisatda məqsəd jurnalistləri Azərbaycan mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

Bu mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Sonda partiya sədri Asim Mollazadə 22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan KİV-nin nümayəndələrini təbrik edib.