Bayramda sərvət qazanan məşhurlar - 540 min...

bayramda-servet-qazanan-meshurlar
Oxunma sayı: 818

Ramazan bayramı ilə əlaqədar Türkiyənin məşhur ulduzları konsert verməyə hazırlaşır. Onlar müxtəlif məkanlarda dinləyiciləri ilə qovuşacaq, ən bəyənilən mahnılarını səsləndirəcəklər. Ancaq bayram günlərində qonşu ölkənin məşhurları aldıqları qonorara görə rəqabətə girirlər. 

“Qafqazinfo” Posta qəzetinə istinadən bayram günlərində sərvət qazanacaq müğənnilərin siyahısını təqdim edir:

Hande Yener Kıbrıs, Bodrum, İzmirdəki konsertlərindən 540 min türk lirəsi pul götürəcək. 

Hadisə Antalya, Kıbrıs, Ankara və İstanbulda səhnəyə çıxacaq və 500 min TL gəlir əldə edəcək. 

Sibel Can Kıbrıs və Antalyadakı konsertindən 400 min TL qazanacaq. 


Elə Ebru Gündeş də Kıbrıs və Antalyada verəcəyi musiqi şousundan 400 min lirə gəlir əldə edəcək. 

Gülşen İzmir, Bodrum və Almaniyadakı şousundan 350 min qonorar qazanacaq. 


 

Demet Akalın üç gün Bodrumda səhnəyə çıxacaq və o, bu konsertindən 300 min TL pul götürəcək. 


 

Aşkın Nur Yengi Antalya, Kıbrısda oxuması üçün 200 min TL tələb edib.