Azərbaycan Ordusu daha bir əsgərini itirdi

azerbaycan-ordusu-daha-bir-esgerini-itirdi-
Oxunma sayı: 700

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. O, 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.
Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.