Azərbaycanda güzəşt verən “Tələbə kartı” tətbiq edilə bilər

azerbaycanda-guzest-veren-telebe-karti-tetbiq-edile-biler
Oxunma sayı: 797

Avqustun 22-də başlayacaq səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutur. Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Avropa Gənclər Kartı 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80 000 xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Bu kart 40 EYCA (European Youth Kart Assosiation) üzv təşkilatı tərəfindən dünyanın 37 ölkəsində buraxılmış və razılıqla qarşılanıb. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur.

Azərbaycan Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin mart ayında qoşulub. Qeyd edək ki, Jarkko Lehikoinen (Finlandiya) 2011-ci ilin iyun ayında Amsterdamda keçirilən konfransında EYCA-nın prezidenti vəzifəsinə seçilib. Jarkko Lehikoinenin Bakıya səfəri 23 avqust tarixinədək davam edəcək.

Nigar Məmmədli