Azərbaycanda islamçıların həbs dalğası başladı - Yenilənib

azerbaycanda-islamcilarin-hebs-dalgasi-basladi-yenilenib
Oxunma sayı: 1057

Bu gün tanınmış dindar Hacı Abgül Süleymanov güc strukturları tərəfindən saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə www.islamazeri.az saytına onun yaxınları xəbər veriblər. Xəbərdə bildirilir ki, o İsmayıllı rayonunun Lahıc kəndində qaynatasının evində olarkən həbs edilib.

Bəzi saytların yaydıqları məlumatda isə bildirilir ki, Polislər Abgül Süleymanovun olduğu evə basqın edərək onu zorakılıqla polis avtomobilinə mindiriblər. Polis evdə vəhşilik törədib; ev əşyaları sındıraraq yararsız hala salınıb.

***

Bu gün həmçinin Azərbaycan İslam Partiyasının Sumqayıt komitəsinin sədri Kərbəlayi Arifin güc strukturları tərəfindən saxlanılıb. Lakin hadisə ilə əlaqəli ətraflı məlumat verilməyib.

***

İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov dünən 4 mülkü geyimli tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Onu Nizami metrosunun yaxınlığında saxlayıblar. 4 mülkü geyimli şəxs Ramin Bayramovu BMW markalı "NOL 557 C" Almaniya dövlətinə məxsus avtomobilə mindirib və naməlum istiqamətə aparıb.

Axşam saatlarında isə MTN əməkdaşları və Hacı Ramin Bayramovun iştirakı ilə evdə axtarış aparıblar. Axtarış zamanı isə onun evindən 2 əl qumbarası, 1 tapanca və müəyyən miqdarda narkotik maddə və çıxarılıb. Bu barədə Hacı Ramin Bayramovun vəkili Elçin Namazov məlumat verib.