Bakıda yaşayış evi yanaraq kül oldu

bakida-yasayis-evi-yanaraq-kul-oldu
Oxunma sayı: 677

İradə Xəlilovaya məxsus iki mərtəbəli fərdi yaşayış evində baş verən yanğın ümumilikdə mənzilin 200 kvadratmetr sahəsini əhatə edib. Yanğından ev sahibləri tez xəbər tutduqlarından onlar vaxtında mənzili tərk edə biliblər. Nəticədə hadisə zamanı ev sahibləri arasında xəsarət alan olmasa da, ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Yanğın barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) ondan çox yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib. Görüllən tədbirlər nəticəsində yanğının qarşısı alınıb və alovun ətrafdakı digər yaşayış evlərinə keçməsinə yol verilməyib.

Qeyd edək ki, hadisənin baş verdiyi ünvanda yolların dar olması, həmçinin evlərin bir-birinə yaxın məsafədə tikilməsi yanğınsöndürənlərin işini çətinə salıb və yanğınsöndürən maşınlar hadisə yerinə daxil ola bilməyib. Yalnız yanğınsöndürənlər tərəfindən hadisə yerinə çəkilən su xətti vasitəsi ilə yanğının qarşısını almaq mümkün olub.

İlkin ehtimallara görə, yanğın evdəki elektrik naqillərində yaranan nasazlıq səbəbindən baş verib. Yanğının qarşısı alındıqdan sonra, hadisə yerinədə FHN-nin təhqiqat qrupu tərəfindən araşdırma aparılıb. Yanğının dəqiq baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.