BBC-nin Çin bürosunun rəhbəri kişilərdən az maaş aldığı üçün istefa verib

bbc-nin-cin-burosunun-rehberi-kisilerden-az-maas-aldigi-ucun-istefa-verib
Oxunma sayı: 1180

BBC teleşirkətinin Çin bürosunun rəhbəri Kerri Qreysi kişi həmkarları ilə müqayisədə qeyri-bərabər əmək haqqına etiraz əlaməti olaraq istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, BBC-də iş təcrübəsi 30 ili keçən Qreysi şirkətin Pekin bölməsinə 4 il əvvəl başçılıq edib. Yarım il əvvəl BBC əməkdaşlarının əmək haqları dərc edildikdə isə Qreysi öyrənib ki, şirkətin Şimali Amerika və Yaxın Şərq bürolarına rəhbərlik edən kişi həmkarlarından 50 faiz az maaş alır:

“Sevdiyim BBC-də 30 il ərzində şirkətlə bağlı heç vaxt tənqidi fikir söyləməmişəm. Sadəcə istəyirəm ki, BBC qanuna riayət etsin və qadınlarla kişiləri bərabər səviyyədə qiymətləndirsin. Hər şeyin bir həddi var. Mən Pekin bürosunu tərk edirəm”.