Livan İran səfirini ölkədən çıxarır

livan-iran-sefirini-olkeden-cixarir
Oxunma sayı: 571

Livan Xarici İşlər Nazirliyi regionda baş verən münaqişə fonunda ölkəyə təyin olunmuş İran səfiri Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv edib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, səfir martın 29-na qədər Livanı tərk etməlidir.

Qeyd edək ki, bundan əvvəl Livan hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu Livan Hizbullah hərəkatının İsrail ərazisinə hücumlarını faktiki olaraq idarə etməkdə günahlandırmışdı.