Ukraynada deputatlar işə çıxmaq istəmir - Bu səbəbdən

ukraynada-deputatlar-ise-cixmaq-istemir
Oxunma sayı: 795

Ukraynada Ali Radanın təxminən 60 deputatı 25 martda işə çıxmaqdan imtina edib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko özünün teleqram kanalında məlumat yayıb.

O qeyd edib ki, millət vəkilləri təhdidlərdən çəkinirlər, hökumət binasında onlara qarşı döyülmə və təxribatların planlaşdırılmasından qorxurlar.

Qonçarenkonun iddiasına görə, Ali Rada deputatları “yuxarı”dan gələn hər şeyə səs verməyə məcbur edilmək məqsədilə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisindən təhdidlər alırlar. Millət vəkili düşünür ki, artıq polis və hərbi qüvvələr kamuflyaj formasında Kiyevdəki hökumət binasında toplaşıb.

Xatırladaq ki, daha əvvəl Rada onlarla deputatın istefa vermək niyyətini açıqlamışdı.