Mikroavtobusla maşın toqquşdu, yaralananlar var - Fotolar - Yenilənib

mikroavtobusla-masin-toqqusdu-yaralananlar-var
Oxunma sayı: 883

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Mercedes Vita” markalı mikroavtobusla “VAZ2106 ” markalı minik maşını toqquşub.

Qəza nəticəsində 2 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafa və Qazax Rayon Mərkəzi xəstəxanalarından sorğumuza cavab olaraq bildirilib ki, 24.03.2026-cı il tarixində saat 12:15 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2 nəfər (1 kişi, 1 qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Alının sağ yarısının sıyrılmış yarası diaqnozu təyin edilən 1978-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.

1972-ci il təvəllüdlü şəxsə isə (kişi) qapalı kəllə-beyin travması, sol körpücük sümüyünün çiyin oynağından çıxığı diaqnozları təyin edilib. Şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilən şəxs öz istəyi ilə saat 12:50 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müalicəsi Qazax RMX-nin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Yunis Quliyev