Şakiranın Doha konserti təxirə düşdü

sakiranin-doha-konserti-texire-dusdu
Oxunma sayı: 473

Məşhur müğənni Şakiranın “Las Mujeres Ya No Lloran World Tour” çərçivəsində keçirilməsi planlaşdırılan Qətər konserti təxirə düşüb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Dohadakı 974 stadionunda planlaşdırılan tədbir Yaxın Şərqdəki hərbi gərginlik səbəbindən başqa tarixə keçirilib. Lakin kolumbiyalı superulduzun konsertinin dəqiq tarixi hələ açıqlanmayıb.

Bildirilib ki, aprelin 1-nə planlaşdırılan konsertə bilet alanlar istəsələr, pullarını geri ala bilərlər. Biletlər növbəti konsertdə də keçərli olacaq.